Bakıda dəmir boru qadınların başına düşdü - Ölən və yaralanan var + Yenilənib

bakida-demir-boru-qadinlarin-basina-dusdu
Oxunma sayı: 13347

Bu gün Bakıda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun ucnoqta.az-a istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində 20 nömrəli məktəbin yeni tikilən binasından düşən dəmir boru iki qadının başına düşüb.

Qadınlardan birinin başı əzilib və o, qanitirmədən yerindəcə keçinib. Digər qadın isə ağır yaralanıb.

Onların hər ikisinin 70 yaşlarında olduğu bildirilir.

Əraziyə gələn polis və təcili yardım həkimləri yaralı qadını xəstəxənaya aparıblar. Onların kimliyi barədə hələlik məlumat yoxdur. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

***

APA TV-nin məlumatına görə, ötən gün Bakının Səbail rayonu, Parlament prospekti 9 ünvanında aparılan tikinti zamanı bədbəxt hadisə baş verib.

Tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Əraziyə prokurorluq, o cümlədən Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsində aparılıb. Dəmir parçaları maddi sübut kimi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən götürülüb.

Tikintiyə məsul şəxslər Səbail Rayon Polis İdarəsinə aparılıb. İdarədən verilən məlumata görə, aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək.