Bakıda güclü yanğın - Video

bakida-guclu-yangin
Oxunma sayı: 9759

Bakıda təkər tullantıları yığılan ərazidə güclü yanğın olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Çermet” körpüsü deyilən yerin yaxınlığında açıq havada təkər, taxta tullantıları və quru ot sahəsi yanıb.

Yanğın söndürülüb.

***

FHN yanğınla bağlı açıqlama yayıb. Qeyd olunub ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi yaxınlığındakı boş ərazidə 150 m² sahədə məişət və təkər tullantıları yanıb. Yanğın saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.