Bakının Xətai rayonunda, "Həzi Aslanov" metro stansiyasının yaxınlığında 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xeyli canlı texnikası və qüvvəsi cəlb olunub.
Hazırda binaya elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.
***
"Qafqazinfo"ya daxil olan məlumata görə, yanğın hadisəsi Gəncə prospekti ilə Həzi Aslanov metrostansiyasının kəsişməsində qeydə alınıb. Sakinlərin məlumatına görə, yanğın transformatorun partlaması nəticəsində baş verib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər