Bakıda qadın özünü binadan atdı

bakida-qadin-ozunu-binadan-atdi
Oxunma sayı: 7268

Bu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Yavər Əliyev küçəsində yerləşən "Akkord" kompleksində qeydə alınıb.

Belə ki, 30-35 yaşlı qadın özünü binanın damından atıb. O, hadisə yerində keçinib.  İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.

Faktla bağlı araşdırma aparılır.