Bakının mərkəzində anbarda güclü yanğın - Video - Yenilənib

bakinin-merkezinde-anbarda-guclu-yangin
Oxunma sayı: 10187

Paytaxtın Nəsimi rayonu Nizami küçəsində anbarda yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın səbəbindən ətrafa qatı tüstü yayılmaqdadır.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami  və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

FHN hadisə ilə bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb.

Hazırda yanğının tam söndürülməsi əməliyyatı davam edir.

***

FHN-in məlumatına görə, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

FHN qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində anbarda baş vermiş yanğın tam söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400 kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360 kv.m sahədə yanıb.

Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

***

NİİM-in yaydığı son məlumata görə, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami  və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.