Balasanyan azərbaycanlı generallara söz verdi

balasanyan-azerbaycanli-generallara-soz-verdi
Oxunma sayı: 19309

Erməni general Vitali Balasanyan azərbaycanlı generallarla bərabər Laçına və Zabux kəndinə gedib.

“Qafqazinfo” Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Aravot” nəşri yazıb.

“Sakinlər kəndin mərkəzində toplaşmışdılar və gördülər ki, Vitali Balasanyan azərbaycanlı generallarla gəlir. Özü də o, ilk dəfə deyil ki, türklərlə belə rahat gəzir. Biz onun Şuşadakı postlarda onlarla necə mülayim danışdığını görürdük. Azərbaycanlılar isə artıq bizim evlərimizə baxırlar. Vitali onlara evləri göstərdi və inandırdı ki, heç kim evi dağıtmayacaq və yandırmayacaq, hər şey qaydasındadır. Bizim vəziyyətimizi təsəvvür edirsinizmi?”, - nəşr yerli sakin Satik Asatryanın sözlərini sitat gətirir.

Öz növbəsində erməni tərəfi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə Laçın və Zabux kəndinə səfərini rəsmi təsdiqləyib.

Məlumatda deyilir ki, səfər 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi çərçivəsində həyata keçirilib.