Baş prokurorluq dəhşətli qətllə bağlı məlumat yaydı

bas-prokurorluq-dehsetli-qetlle-bagli-melumat-yaydi-
Oxunma sayı: 843

Rayonun Bəydövül kənd sakinləri - yaxın qohum və qonşular olan Nicat Xudiyevlə Ağababa Xudiyev və sonuncunun oğlu Sədi arasında mübahisə baş verib. Bu zaman Nicat Xudiyev özünə məxsus ov tüfəngindən yaxın məsafədən atəş açaraq A.Xudiyevi qol nahiyəsindən yaralayıb. Atasının yaralandığını görən Əziz isə A.Xudiyevə məxsus ov silahından Nicat Xudiyevə atəş açaraq onu qətlə yetirmiş və hadisə yerindən qaçıb.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlmiş və qətlin baş verdiyi ərazi ətraflı müayinə edilmiş, təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Xəsarət almış Ağababa Xudiyev rayon xəstəxanasına yerləşdirilib.

“İsti izlər”lə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əziz Xudiyev polis əməkdaşları tərəfindən tutulmuş, onun cinayətdə istifadə etdiyi və gizlətdiyi 1 ədəd ov silahı, həmçinin mərhuma məxsus digər tüfəng də götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.