15 sentyabr - Bilik günü Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılıb, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanıb.
Tədbirlərdə çıxış edən natiqlər müəllim və şagird kollektivlərini təbrik edərək, ötən tədris ilinin Nəsimi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiklərini bildirərək, bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını qeyd ediblər.
Tədbirlərdə qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin söylədiyi “Təhsil millətin gələcəyidir” sitatı müasir Azərbaycanın inkişaf strategiyasında təhsilin dövlət siyasətinin ana xəttinə çevrildiyini təsdiqləyir.
Xüsusilə vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsləri nəticəsində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyaraq, gələcəyin savadlı, milli ruhlu və vətənpərvər nəsillərinin formalaşmasına möhtəşəm töhfələr verməkdədir.
Tədbirlərdə çıxış edən müəllim və valideynlər təhsilə göstərilən diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.
Tədbirlərdə şagirdlərin hazırladıqları bədii kompozisiyalar təqdim edilmiş, vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub.








Son xəbərlər
Son Xəbərlər