“Bilirdim ki, bunun sonu gələcək, Allah bizi cəzalandıracaq” - Video

“Bilirdim ki, bunun sonu gələcək, Allah bizi cəzalandıracaq”
Oxunma sayı: 4041

“Evdəyəm, tam mənada özümə qulluqla məşğulam. Dərim də istirahət edir. Heç kimi evimə buraxmıram. Qızım da dərslərini onlayn alır. Sizə bir söz deyim, heç mənə bütöv gün çatmır. Evdə köməkçim var, cəmi bir dəfə marketə gedib. Onu da özüm aparmışdım, kənarda dayanmışdım, o da alış-veriş etmişdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Bizimləsən” proqramında deyib.

Efirə görüntülü bağlanan sənətçi koronavirusa yoluxmamaq üçün mübarizə apardığını söyləyib: “Mən dəfələrlə deyirdim. İnsanların əksəriyyəti quduzlaşmışdı. Bir-birinə pisliklər edirdi. Övlad atasını öldürür, yaşlı kişi azyaşlıya zorakılıq edir, ana övladından imtina edirdi. Mən bilirdim ki, bunun sonu gələcək, Allah bizi cəzalandıracaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi