Ay erməni, bir halda ki, azad etdiyimiz gündən məscidlərini, muzeylərini, bulaqlarını, abidələrini bərpa etməyə başladığımız Şuşaya atəş açırsan, aç, eybi yox, o zaman bilməli olduğun önəmli məsələlər var. Sən bilirsənmi ki, Azərbaycanda keçən il neçə dastan yaranıb? Cəmi 44 günə üç min dastan yaradan, bircə Xudayarın ağzından çıxandan sonra on milyonun dilindən düşməyən təsnifdən xəbərin var?..
O üç min dastana dönən igidə həsədlə baxan on minlərin olduğundan agahsanmı? İndi bizim aradan səkkiz ay keçməsinə baxmayaraq, şəhidlərimizin boyunu hələ də sevdiyimizi bilirsənmi?
Azərbaycanda yeni doğulan neçə körpəyə Poladın, Xudayarın, Cəbrayılın, Səidin, Mehrabın, Sübhanın adının verildiyini, üç min şəhidimizin neçəyə vurulduğunu anlayırsanmı?.. Səndə varmı belə nümunələr?

Bir halda ki, Xarıbülbülü görən kimi onun şərəfinə festival keçirib bütün dünyanı heyran qoyan bir xalqa atəş açmaq istəyirsən, o zaman elə dünən “dəmir yumruğ”un müəllifinin dediklərini tapıb oxusan, yaxşıdı...
Axı o, elə dünən dedi ki, bizim müqəddəs yumruğumuz yerindədir. Əgər sən nokautdan ayılmısansa, növbəti zərbəni endirə bilərik...
Məndən olsa, Şuşaya atəş açan erməniyə təşəkkür edərdim. Hələ döyüşməyə macal tapmayan oğlanlarımızın adından, əlbəttə ki, elə öz adımdan da...
Çoxdan eşitdiyim gözəl bir söz var: hər kişi həyatında bir dəfə döyüşməlidir.
Keçən il tanrı bizim içimizdən yalnız bir hissəyə bu xoşbəxtliyi qismət elədi. İgidlərimiz döyüşdü, əcdadlarımızın ruhu qarşısında üzüağ dayandılar, dastana döndülər. Xalqın dastanı olar da... İndi on milyonun bir ağızdan “Şair, sorma, nədən vətən yaxşıdır, adı gəlcək könlüm xəndana döndü” oxuyan xalqa qalib gəlmək olar?
Axı Ali Baş Komandan əynindən hərbi formanı hələ çıxarmayıb. Dünən verilən anons qulağınıza çatıbmı?
Sən bilirsənmi ki, indi ölüm qorxusu olmayan bir xalqla, yeni müharibə əmrini gözünü qırpmadan verə biləcək bir Ali Baş Komandanla, axırıncı aşırımı keçmək üçün alışıb yanan bir ordunun ayaqları altındasan?
.jpg)
Bütün dünya bilir ki, qalib gəlmək üçün əsas birləşməkdir. Bir xalq ki, birləşə bildi, hətta əliyalın olsa belə, onun qalib gəlməsinə mane olmaq mümkün deyil.
Bunu min illərin azadlıq müharibələri sübut edib. Avropalılar da çox gözəl örnək filmlər çəkiblər. İndi Azərbaycan xalqı Mel Gibsonun "Azadlıq" filmindəki döyüşçülərdir. Əli yabalı, lapatkalı yox, əli Bayraktarlı, Haroplu...
Bax, bütün bunlara görə, nə qədər ki, biz Şuşada silahı yerə qoyub əlimizə musiqi aləti götürmüşük, sən də dinləyib qabına bir şey qoymağa çalış. Şuşa bu xalqın simfoniyasıdır, onun səslənişini durdurmaq mümkün olmayacaq.
Adam musiqi səsi gələn yerə güllə atmaz... Ümumiyyətlə, adam dünyanın bəlkə də hər yerinə atəş aça bilər, amma Şuşaya yox.
Necə ki, biz də atəş açmadıq, əlbəyaxa gəldik. İndi sən də elə gələ bilirsənsə, buyur, bizim kimi gəl, gələ bilmirsənsə, get erməniliyini elə.
İndi sən özünü elə itirmisən ki, harada dayanmaq lazım olduğunu belə bilmirsən. Sən bilmirsən ki, Qarabağdan yayılan qələbənin qoxusu artıq üzü Zəngəzura doğru gedir...
Elbrus Ərud
Son xəbərlər
Son Xəbərlər