Biznesmen oğlu ondan ayrılmaq istəyən sevgilisini döydü - Fotolar

biznesmen-oglu-ondan-ayrilmaq-isteyen-sevgilisini-doydu
Oxunma sayı: 13519

Rusiyanın məşhur oliqarxlarından olan Konstantin Şarıqonun 21 yaşlı oğlu Aleksandr 22 yaşlı sevgilisi, model Anna Lisovskovanı döyərək təcavüz edib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 8-də Şarıqovun evində baş verib. Döyülmə faktı barədə polisə A. Lisovskoya məlumat verib.

Hadisə nəticəsində beyin travması və üz nahiyyəsində bir neçə sınıq xəsarəti alan model xəstəxanada müalicə alır.

İlkin araşdırmalara görə, oliqarx oğlu sevgilisinə həm də təcavüz edib. A. Şarıqon döymə və təcavüz faktına görə Moskvada həbs olunub. Onun uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyi deyilir.

Biznesmen oğlunun ondan ayrılmaq istəyən sevgilisini məhz narkotik vasitələrin təsiri altında olduğu üçün döydüyü qeyd olunur.