Böyük Britaniyanın Maliyyə Nazirliyi Rusiya Mərkəzi Bankına qarşı sanksiya tətbiq edib.
“Qafqazinfo” “Evropeyskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Britaniyanın Maliyyə Nazirliyi yayıb.
London Böyük Britaniyanın bütün fiziki və hüquqi şəxslərinə Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu və Maliyyə Nazirliyinin iştirakı ilə maliyyə tranzaksiyaları həyata keçirməyi qadağan edib.
Son xəbərlər
Son Xəbərlər