“Bu, bizi heyrətləndirdi” - - Lukaşenko Əliyevlə görüşdü

bu-bizi-heyretlendirdi-
Oxunma sayı: 4818


“Qafqazinfo” Belarus KİV-nə istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan dövlət başçısı Aleksandr Lukaşenko prezident İlham Əliyevlə görüşü zamanı deyib. 

Belarus prezidenti Azərbaycanın Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını bildirib: “Sizin oyunlara hazırlaşmaq üçün cəmi iki iliniz vardı. Əgər bu vaxta qədər heç nə etməsəydiniz, bu, mümkünsüz də ola bilərdi. Biz şübhə etmirdik ki, hər şey həll ediləcək, lakin bu qədər qəşəng olacağını...Bu, bizi heyrətləndirdi”. 

Lukaşenko həmçinin qeyd edib ki, bu oyunların açılışına gəlməyə bilməzdi, çünki elə özü daha əvvəl Avropa qitəsində Olimpiya oyunları miqyasında bele bir oyunun keçirilməsini dilə gətirmişdi.

Prezident İlham Əliyev isə görüşdə qeyd edib ki, Azərbaycan Belarusla əlaqələrin səviyyəsini qiymətləndirir və bununla qürur duyur. Əliyev həmçinin qeyd edib ki, hər iki ölkə lideri müntəzəm dialoqu dəstəkləyir və bu da ikitərəfli münasibətlərə dinamizm verir.