Bu gün 93 nəfər yoluxdu, 202 nəfər sağaldı

bu-gun-93-nefer-yoluxdu-202-nefer-sagaldi
Oxunma sayı: 7477

Azərbaycanda koronavirus infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.