Bu ölkədə də səfirliyimiz təsis ediləcək

Bu ölkədə də səfirliyimiz təsis ediləcək
Oxunma sayı: 6764

Azərbaycanın Əfqanıstanda (Kabil şəhərində) Səfirliyi təsis ediləcək. 

"Qafqazinfo"nun məlumatına görə, Prezident İlham Əliyev bu barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Nazirlər Kabinetinə  Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.