Bu ölkədə koronavirusa yoluxanların hamısı sağaldı

Bu ölkədə koronavirusa yoluxanların hamısı sağaldı
Oxunma sayı: 7870

Fransada daha əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sağalıb. “Qafqazinfo” “BFMTV”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Olivye Veran açıqlama verib.

Veranın sözlərinə görə, hazırda Fransa ərazisində virus daha yayılmır.  “Lionda xəstəxanaya yerləşdirilən sonuncu pasiyent sağalıb. O daha xəstə deyil və ona görə də evə qayıda bilib”, - Səhiyyə naziri deyib.

Qeyd edək ki, Fransada ölümcül virusa yoluxan 12 nəfərdən cəmi 1-i dünyasını dəyişmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi