Bu ölkədə maska taxmaq yenidən məcburi oldu

bu-olkede-maska-taxmaq-yeniden-mecburi-oldu
Oxunma sayı: 5404

Qətərdə COVID-19-a yoluxma sayının artması səbəbindən qapalı yerlərdə maska ​​taxmaq məcburi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda COVID-19 üzərində işləyən İctimai Səhiyyə Şurası bu gün Nazirlər Şurasına təqdimat edib.

Baş verənləri qiymətləndirən Nazirlər Kabineti sabahdan etibarən qapalı yerlərdə maska ​​taxmağın məcburi olacağına qərar verib.

Bildirilib ki, yoluxma hallarının artması ilə əlaqədar tətbiq edilən maska ​​tələbi xəstəxanalar, ictimai nəqliyyat vasitələri, məscidlər, idman zalları, ticarət mərkəzləri, mağazalar və kinoteatrlar kimi bağlı yerləri əhatə edir.

Qeyd edək ki, may ayında Qətərdə maska ​​taxmaq öhdəliyi götürülmüşdü.