“Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata görə, özünəməxsus şəkildə terroristi təhqir edən Kadırov “Bu siçovulun hələ də yaşadığına inanmaq istəyənlər üçün, ölümündən sonrakı şəklini də göstərə bilərik” - deyə status paylaşıb.
Qeyd edək ki, bu ilin aprel ayında RF Federal təhlükəsizlik xidməti (FTX) rəhbəri Aleksandr Bortnikov 2013-cü ilin sonunda xüsusi əməliyyat zamanı Umarovun öldürülməsi xəbərini verib. “Əməliyyatın nəticələri barədə danışmaq tezdir. Vaxtı çatanda ictimaiyyətə nəyi necə etdiyimiz barədə məlumat verəcəyik”- deyə Bortnikov şərh verib.
Bortnikovun şərhi ictimaiyyətdə birmənalı qarşılanmayıb və xəbərə inanmayanlar olub. Belə ki, FTX-nin rəsmi iddiasına görə məxsusi və siyasi səbəblərdən Umarovun öldürülməsi bir müddət əməliyyat sirri kimi saxlanılıb.
Bununla da Çeçenistan prezidentinin paylaşdığı şəkil bir çox şübhələrə son qoyur.
Son xəbərlər
Son Xəbərlər