Bülent Ersoy “donuz qripi”nə yoluxub - Həkimi açıqladı

bulent-ersoy-donuz-qripine-yoluxub
Oxunma sayı: 7225

Türkiyəli müğənni Bülent Ersoy “donuz qripi”nə yoluxub.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sənətçinin Qaziosmanpaşada müalicə olunduğu özəl xəstəxananın baş həkimi Bülənt Şahin bildirib.

Onun sözlərinə görə, B. Ərsoyun vəziyyəti hazırda yaxşıdır: “Müayinələr “donuz qripi”nin əlamətlərini göstərir. Lakin tam olaraq nə olduğu bir neçə saata bilinəcək. Bülənt xanımın vəziyyəti xəstəxanaya gətiriləndə bir az ağır idi, lakin həyati təhlükəsi yoxdur. Hazırda ümumi vəziyyəti yaxşıdır. Reanimasiyaya yerləşdirmədik. Düşünürəm ki, iki-üç günə evə buraxılacaq”.

Baş həkim müğənninin anası ilə sürücüsünün də eyni şikayətlə xəstəxanaya gətirildiyini söyləyib: “Sürücünün vəziyyəti daha yaxşıdır, ancaq anasının halı o qədər də yaxşı deyil”.