Çavuşoğlu ermənilərə “Bozqurd” işarəsi ilə cavab verdi - Video

cavusoglu-ermenilere-bozqurd-isaresi-ile-cavab-verdi
Oxunma sayı: 8079

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Uruqvayda ona etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərərək cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbəri rus dilində oxuyun: Чавушоглу ответил армянам знаком “Бозкурт” - Видео

Bildirilib ki, hadisə XİN başçısının paytaxt Montevideoya rəsmi səfəri çərçivəsində oradakı Türkiyə səfirliyinin açılışından sonra baş verib. Belə ki, bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib.