Cəlilabadda 35 yaşlı kişi öldürüldü - Həyat yoldaşı saxlanıldı+Yenilənib

celilabadda-35-yasli-kisi-olduruldu
Oxunma sayı: 3177

Bu gün Cəlilabad rayonunda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov kəsilmiş deyilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da vəfat edib.

Onun yaxınları 35 yaşlı şəxsin özünün özünə xəsarət yetirdiyini bildiriblər.

Lakin polisin keçirdiyi tədbirlərlə V.Cəfərova həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərovanın bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qadın şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildiriblər ki, bu gün saat 13:00 radələrində xəsarət alması səbəbilə 1990-cı il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, kişiyə döş qəfəsinin, ürək nahiyəsinə nüfuz edən kəsilmiş, deşilmiş iti alət yarası, ürəyin tomponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib.

Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 14:30 radələrində ölüm faktı qeydə alınıb.