Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı + Yenilənib

celilabadda-niva-asdi
Oxunma sayı: 7309

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların və vəfat edənin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

***

Yol qəzası nəticəsində ölənlərin sayı artaraq 2-yə çatıb.  

Ölənlər - Həsənov Niyaməddin Gülməmməd oğlu və Həsənova Könül Səlim qızıdır, yaralananlardan biri isə - Abdullayev Adil Mehman oğludur.

Surxay Şahbazov