Cənazəyə mini ətəkdə getdi, tənqid olundu - Fotolar

cenazeye-mini-etekde-getdi-tenqid-olundu
Oxunma sayı: 13769

Tanınmış menecer Özgür Arasın xalasının dəfn mərasiminə qatılan müğənni Dəniz Səki sosial şəbəkə istifadəçilərinin dilinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, Səki cənazəyə qara sinə dekoltəli mini ətəkdə yollanıb. Müğənninin dəfnə açıq-saçıq geyimdə yollanması ilə yanaşı, bu geyimdə başını örtməsi də sərt qarşılanıb.

İzləyicilərdən bəziləri “Kaş heç geyinməzdin”, “Yerləri qarışdırmısan”, “Düzgün olan başı bağlamaq yox, hər yerini örtmək idi” kimi şərhlər yazıblar.