Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib

cin-gurcustan-vetendaslari-ucun-viza-rejimini-legv-edib
Oxunma sayı: 1487

Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edib. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında açıqlayıb. 

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları 30 gün ərzində Çində vizasız qala biləcəklər. Kobaxidze, həmçinin qeyd edib ki, sözügedən qərar iki ölkə arasında münasibətlərin dərinləşdirilməsində yeni imkanlar yaradacaq. 

Qeyd edək ki, 2023-cü ilin yayında Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq qurulub. Bunun ardınca, Gürcüstan Çin vətəndaşları üçün viza rejimini ləğv edib.