Çin səfirliyinin İsrail rəsmilərinə göndərdiyi hədiyyələrdə dinləmə cihazı tapıldı - Foto

cin-sefirliyinin-israil-resmilerine-gonderdiyi-hediyyelerde-dinleme-cihazi-tapildi
Oxunma sayı: 11833

Çinin İsraildəki səfirliyi tərəfindən ölkənin hökumət üzvlərinə hədiyyə edilən termoslarda şübhəli detal aşkar olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Jerusalem Post” yayıb.

Nəşr yazır ki, sözügedən detal dinləmə cihazı ola bilər. Hazırda İsrailin Təhlükəsizlik Agentliyi (Shin Bet) məsələ ilə bağlı araşdırma aparır.

Çin səfirliyi isə öz növbəsində insidenti “əsassız şayiə” adlandırıb və bildirib ki, bu şayiələr İsrail-Çin münasibətlərini korlamağa çalışan qüvvələr tərəfindən yayılıb.

Qeyd olunur ki, hökumət üzvlərinə hədiyyə edilən bütün termoslar araşdırma üçün yığılıb və səfirliyə qaytarılmayıb.