“City Garden Nərimanov” layihəsi ilə bağlı rəsmi açıqlama

city-garden-nerimanov-layihesi-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 8035

“Kristal Abşeron" şirkəti bu gün səhər saatlarında inşa etdikləri binada uçqun baş verməsi ilə bağlı açıqlama verib.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, Nərimanov rayonunda inşa olunan “City Garden Nərimanov” yaşayış kompleksi haqqında Kütləvi İnformasiya Vasitələrində inşası davam edən yaşayış binasının uçması ilə bağlı yayılan məlumatlar tam əsassızdır: "Belə ki, qeyd edilən ərazidə inşa edilməkdə olan texniki təyinatlı qeyri-yaşayış binasında sonradan layihə üzrə köklü dəyişikliklər edildiyi üçün yığılmış beton qəliblərinin sökülmə prosesi başladılıb. Sökülmə zamanı podratçı şirkətin işçilərindən 1 nəfər yüngül xəsarət alıb.

Texniki binanın yerləşdiyi yer xəritədə göstərilib.