Daha 4 şəhid verdik- - Rəsmi açıqlama+Yenilənir

daha-4-sehid-verdik-
Oxunma sayı: 7561


Müdafiə Nazirliyi ötən gecə baş verən atışmada şəhid olanların adlarını açıqlayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaəti nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.

Həlak olan hərbi qulluqçular:

- gizir Əliyev Pərvin Səlahəddin oğlu;

- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;

- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

***

Anspress-in məlumatına görə, cəbhədə şəhid olanların sayı 5-ə çatıb. Lakin hələlik onun adı bəlli deyil. Atışma zamanı 8 əsgərimiz yaralanıb.