“Unibank”da kadr dəyişikliyi baş verib.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bankın İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov vəzifəsindən öz xahişi ilə uzaqlaşıb.
Bundan başqa, Məcid Məmmədov Korporativ bank xidmətləri departamentinin rəhbəri vəzifəsində İqor Okayevi əvəz edib.
“Unibank”dan "Qafqazinfo"ya bildirilib ki, İdarə Heyətinin üzvü və Risk departamentinin rəhbəri Azad Qasımov indi öz karyerasını iri qeyri-maliyyə holdinqində yüksək rəhbər vəzifəsində davam etdirəcək. Korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev isə ölkənin kommersiya banklarından birində öz fəaliyyətini davam etdirəcək.
Unibank rəhbərliyi Azad Qasımova və İqor Okayevə banka verdiyi töhfələrə görə, dərin minnətdarlığını bildirir və karyeralarında uğurlar arzulayır.
Son xəbərlər
Son Xəbərlər