Daha bir deputat Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

daha-bir-deputat-ramiz-mehdiyevin-mudafiesine-qalxdi-
Oxunma sayı: 726

İctimai Palatada vahid namizəd söhbətlərinin yenidən gündəmə gəlməsini şərh edən millət vəkili onların bir araya gələ bilməyəcəkləri qənaətindədir: “Əslinə qalsa İctimai Palatada baş verənlər məni qətiyyən maraqlandırmır. Mən daha çox insan hüquqlarının müdafiəsi, seçicilərimin problemləri ilə məşğulam. Seçkilərdən bizi hələ xeyli zaman ayırır. Seçki prosesinə rəsmi start verilmədiyi bir zamanda bəzi müxalifət liderlərinin öz namizədliyini tələm-tələsik irəli sürməsi hansı məqsədlərə xidmət edir, bu barədə mən bir söz deyə bilmərəm. Bütün hallarda onların bir araya gələcəkləri və seçkilərə vahid namizədlə qatılacağı inandırıcı deyil”.

Müxalif mətbuat orqanlarında Prezident Adminstrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev haqqında səslənən ittihamlara münasibət bildirən millət vəkili hesab edir ki, PA rəhbəri haqqında kampaniya bəlli məqsədlərə xidmət edir: “Ramiz Mehdiyevin adı müxalif mətbu orqanlarında Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolara görə hallanır. Əslində isə bu məsələyə Ramiz Mehdiyevin heç bir formada aiddiyatı yoxdur. Əgər iki dələduz arasında bir anlaşma olubsa, bunun Ramiz Mehdiyevlə heç bir formada bağlılığı ola bilməz. Belə dələduzlar mənim də, sizin də adınızı çəkə bilərlər. Amma bu o demək deyil ki, onların söylədikləri həqiqətdir. Elşad Abdullayev parlamentdə təmsil olunmayıbsa, onun söylədiklıərinin öz təsdiqini tapmadığı faktı ortaya çıxır. Bununla bağlı Baş Prokurorluqda istintaq başlayıb və və bütün bunlar hakimiyyətin bu məsələdə şəffaflığı təmin etmək niyyətinin göstəricisi sayıla bilər. Ramiz Mehdiyev Azərbaycan dövlətinin inkişafında və dövlətçiliyin qorunmasında böyük işlər görüb və onu ləkələməyə çalışanların arzuları gözlərində qalacaq”.