“Ded Həsən” öldürüldü - Fotolar + Video

ded-hesen-olduruldu-fotolar-video
Oxunma sayı: 934

Rusiyanın kriminal dairələrində məşhur avtoritet kimi qəbul olunan “Ded Həsən” ləqəbli “qanuni oğru” öldürülüb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, avtoritet snayperdən başına açılan atəşdən sonra xəstəxanada dünyasını dəyişib.

Hadisə bu gün Moskva şəhərinin mərkəzi hissələrindən birində “Köhnə fayton” restoranının yaxınlığında baş verib.

Qeyd edək ki, 73 yaşlı Gürcüstan sakini olan Aslan Usoyan son 20 il ərzində Rusiyada fəaliyyət göstərən ən nüfuzlu “qanuni oğru”lardan hesab olunub.

Ona qarşı sui-qəsd faktı Moskvada 2010-cu ilin sentyabrın 16-da da baş vermişdi. O zaman da naməlum şəxs avtomobildən düşüb evinə getmək istəyən Usoyana snayperdən atəş açmışdı.

"Rosbalt" saytı yazır ki, tədqiqatçılar bu sui-qəsdləri Usoyanvə Rövşən Canıyev, DJemo Mikeladze qarşıdurmasıyla bağlayırlar.

Rusiya mətbuatının yazdığına görə, adətən Ded Həsən paytaxtda üç ciplə gəzir və yanında on cangüdəni olur. Lakin hadisə baş verən gün o, digər cangüdənlərini azad edib, özü ilə yalnız birini götürüb.