“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, İtaliya jandarması Usoyana hücum planını müzakirə edən şəxslərin səs yazılarını əldə etdiklərini deyib.
Rusiya hüquq mühafizə orqanlarından olan mənbə bildirir ki, səs yazısı İtaliya polisi tərəfindən ötən ilin sentyabrın 18-də qeydə alınıb. Həmin gün “qanuni oğru” Merab Djanqveladze (Merab Suxumskiy) bu şəhərdə “sxodka” keçirib. İtaliya polisi toplantı zamanı Merabın digər “həmkarı” Tariel Oniani ilə telefon əlaqəsi saxladığını bildirib. Onlar telefonda Usoyanın taleyi ilə bağlı müzakirələr aparıblar. Taro səs yazısında qısa şəkildə “onu məhv edin və bütün problemlər yox olacaq” deyib. İtaliya polisi hesab edir ki, məhz bu “sxodka” da Usoyanın ölüm əmri verilib. 2013-cü ilin yanvarında polislər həmin iki şəxsin daha bir səs yazısını ələ keçiriblər. Bu zaman onlar yüksək əhval-ruhiyyə ilə Ded Xasanın ölümünü müzakirə ediblər.
Mənbə Rusiya Daxili İşlər Nazirliyinin səs yazılarına o qədər də güvənmədiyini və onların axtarışa hər hansı yardım edə biləcəyinə inanmadığını deyib.