Deputatın general qardaşı da işdən çıxarıldı

deputatin-general-qardasi-da-isden-cixarildi
Oxunma sayı: 12873

Dövlət Gömrük Xidmətinin  sədri Səfər Mehdiyev daha bir generalı  tutduğu vəzifədən azad edib. “Qafqazinfo”nun əldə etdiyi  məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

B. Salayevin yerinə Məsum Rəsulov təyin edilib.

Qeyd edək ki, M. Rəsulov bundan əvvəl Əməliyyat idarəsinin rəisi vəzifəsində işləyib.

Xatırladaq ki, unikal.org-un əldə etdiyi məlumata görə, vəzifəsindən azad olunan B. Salayev Milli Məclisin deputatı Hacı Salayevin qardaşıdır.