DİN-dən Səfər Mehdiyevi saxlayan polislərlə bağlı - Açıqlama

din-den-sefer-mehdiyevi-saxlayan-polislerle-bagli
Oxunma sayı: 12241

Daxili İşlər Nazirliyi bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobili saxlayan yol polislərinin işdən çıxarılmasına münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, həmin polis əməkdaşlarının daxili işlər orqanlarında xaric edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, sfera.az saytı məlum videodakı polislərin vəzifələrindən azad edilərək sərəncama götürülməsi barədə məlumat yayıb.