Döyüşdən imtina edib Rusiyaya qayıdan hərbçilərin - Videosu

doyusden-imtina-edib-rusiyaya-qayidan-herbcilerin
Oxunma sayı: 7583

Ukraynanın Sumı rayonunun Pidlipne kəndində rus hərbçiləri texnikasını ataraq Rusiyaya piyada yola düşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UNİAN video yayıb.

Görüntüdə 9 hərbçinin əşyaları ilə ağır texnikanı necə tərk edərək Rusiyaya qayıtması əks olunub.

Yerli sakinlər rus hərbçilərinin texnikalarının ətrafını minalayıb-minalamadıqlarını soruşublar. Hərbçilər isə minalamadıqlarını bildiriblər. Kənd sakinləri rus hərbçilərinin qərarını dəstəkləyib və onların evlərinə sağ-salamat qayıtmasını arzulayıblar.