Dubayda limanda partlayış

dubayda-limanda-partlayis
Oxunma sayı: 1651

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Cəbəl Əli limanında ticarət gəmisində partlayış olub.

Bu barədə “Qafqazinfo” “Al Arabiya” telekanalına istinadən xəbər verir.

Partlayışdan sonra gəmidə yanğın başlayıb. Bəzi məlumatlara görə, söhbət neft tankerindən gedə bilər.

WAM agentliyi bildirib ki, partlayış ticarət gəmisinin konteynerlərinin birində olub. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.