Azərbaycan əsilli Kamilla Osman sosial şəbəkənin yeni fenomenlərindən biridir.
“Qafqazinfo” daily mail-ə istinadən xəbər verir ki, Kamillanın sosial şəbəkədə 100 minə yaxın izləyicisi var.
20 yaşlı qız Kanadada yaşayır, daha çox ABŞ-ın televiziya ulduzu Kim Kardaşyana bənzərliyi ilə seçilir. Sosial şəbəkə istifadəçiləri onu Kardaşyana bənzəmək üçün plastik əməliyyat keçirməkdə günahlandırır.
Kamilla Osman isə bu iddiaları rədd edərək heç bir əməliyyat keçirmədiyini, Kardaşyana bənzədildiyi üçün sevindiyini bildirib.
Qeyd edək ki, Kamilla Osmanın Kim Kardaşyana bənzərliyi dünyanın ən tanınmış saytlarının gündəmini zəbt edib.














Son xəbərlər
Son Xəbərlər