DYP-nin təqib etdiyi avtomobil aşdı- - Fotolar

dyp-nin-teqib-etdiyi-avtomobil-asdi-
Oxunma sayı: 4690


Şabranda DYP-nin təngitdiyi avtomobil qəzaya uğrayıb. Avtomobilin qəza törətdiyini görə yol polisi ərazidən uzaqlaşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində Şabran sakini Yaşar Babayevin idarə etdiyi  Lada Priyora markalı avtomobil yolun kənarında olan dərəyə yuvarlanıb.  Sürücünün sözlərinə görə, qəzaya 10 YP 762 nömrə nişanlı DYP avtomobilinin onu qovması  səbəb olub. Avtomobilin qəzaya uğradığına görə yol polisi, heçnə olmamış kimi ərazidən uzaqlaşıb.

Qəzaya uğrayan avtomobilin sürücüsü Yaşar Babayev DYP əməkdaşını tanımadığını, yalnız onun zəif görmə əleyhinə optik eynək taxdığını bildirib. Hadisə şahidləri də sürücü Yaşar Babayevin dediklərini təsdiqləyiblər. 

Qeyd edək ki, baş vermiş qəza ilə bağlı hadisə yerində olan yol polisi inspektoru Ələsgər Mirzəyevdən məlumat almaq istəsək də, inspektor araşdırma aparıldığını deyərək əvvəl kameramıza əl atdı, sonra isə ərazidən uzaqlaşdı.

Apardığımız araşdırma nəticəsində öyrəndik ki, sürücü və hadisə şahidlərinin qəza törətməkdə təqsirli bildiyi  eynəkli yol polisi, inspektor Elmar Daşdəmirovdur. Hadisədə adının hallandığını deyən inspektor qəza baş verən yerin onun xidməti ərazisi olmadığını bildirib. Diqqətimizi çəkən bir məqam isə Elmar Daşdəmirovun bizi görən kimi eynəklərini çıxartması oldu.

Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.  İnanırıq ki, araşdırmanın sonunda ədalət yerini tapacaq.

Məhəmməd