Əfqanıstandakı azərbaycanlı sülhməramlılarla bağlı - Rəsmi açıqlama

efqanistandaki-azerbaycanli-sulhmeramlilarla-bagli
Oxunma sayı: 10035

"Azərbaycan Ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir".

Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən bildirilib.

"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir", - deyə məlumatda qeyd olunur.