Əhməd Əhmədova 11 illik həbs verildi, Məmməd Qəribov isə azadlığa buraxıldı

ehmed-ehmedova-11-illik-hebs-verildi-memmed-qeribov-ise-azadliga-buraxildi
Oxunma sayı: 7616

Naxçıvan Muxtar Respublikasının həbs edilən sabiq daxili işlər naziri Əhməd Əhmədova hökm oxunub. 

“Qafqazinfo”nun Unikal.org-a istinadən məlumatına görə, mənimsəmədə ittiham olunan Əhməd Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

***

APA-nın məlumatına görə Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə də məhkəmə prosesi başa çatıb. Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.