Elçin Lənbəranskinin yeznəsi faciəvi şəkildə öldü

elcin-lenberanskinin-yeznesi-facievi-sekilde-oldu
Oxunma sayı: 10390

Bakıda 1977-ci il təvəllüdlü kişi ehtiyatsızlıq nəticəsində hündürmərtəbəli binadan yıxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxt sakini Mənsur Hacıyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həlak olan Mənsur Hacıyev bloqer Elçin Lənbəranskinin yeznəsidir. Mərhum doğulduğu Bərdənin Lənbəran kəndində torpağa tapşırılıb. O, Bakıda taksi fəaliyyəti ilə məşğul olurmuş.

Emin Səfərov