Əli Həsənov həbs olunması barədə yayılan xəbərə münasibət bildirdi

eli-hesenov-hebs-olunmasi-barede-yayilan-xebere-munasibet-bildirdi
Oxunma sayı: 10885

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Həsənov Almaniyadan Azərbaycana qayıdarkən saxlanılması barədə deyilənləri yalan adlandırıb: “Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda, “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.

Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.