Əliyar Ağayev Zaqreb “Dinamo”sunun oyununda

eliyar-agayev-zaqreb-dinamosunun-oyununda
Oxunma sayı: 806

UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 7-si, saat 00:00-da keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. 

“Qafqazinfo” xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. 

Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Stegemann, onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Oyunun hakim-inspektoru isə norveçli Terje Houç olacaq.