Elşad Abdullayev daha bir video yaydı - Video

elsad-abdullayev-daha-bir-video-yaydi-video
Oxunma sayı: 874

Beynəlxalq Universitetin keeçmiş rektoru Elşad Abdullayev yeni video yayıb. Musavat.com-un məlumatına görə, bu dəfəki video əvvəlkilərdən müddətinin uzunluğuna görə fərqlənir: tam iki saat.

Bu videoda hazırda cinayət işində adı hallandığı üçün 3 aylıq istintaq həbsinə məhkum edilmiş Arzu Firudin oğlu Kazımov MTN zabiti Mahir Abdullayevi oğurlayan və bu oğurluqda dövlətin gücündən istifadə edən ölüm eskadronunu - Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin kassiri - pul alanı kimi təqdim edilir. Video Mahir Abdullayevin oğrulanmasından (13.10.2003) 7 ay 1 gün sonra , Azərbaycan Beynəlxalq Universitetinin rektorluğunda, rektor Elşad Abdullayevin iş otağında 14 may 2004-cü ildə qeydə alınıb.

Arzu Kazımovun bu cinayət işində ləqəbi "Metal alverçisidir".

Videoda Arzu Kazımovla, ABU rektoru, hüquq elmləri doktoru Elşad Abdullayev və MTN zabiti Mahir Abdullayevin qaynatası,Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) baş direktoru olmuş şöhrət ordenli əməkdar jurnalist Şamil Şahməmmədovun danışıqları yer alır.