Türkiyədə vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun mətbuata açıqlamaları Gülər Əhmədova ilə bağlı ittihamlara daha birini əlavə edib. Belə ki, anasının məhz G.Əhmədova tərəfindən zəhərləndiyini iddia edən A.Məmmədov sabiq deputatla bağlı özündə də müəyyən bilgi və faktların olduğunu qeyd edib.
Moderator.az saytına açıqlama verən hüquqşünas Əyyub Kərimov isə hesab edir ki, mövcud vəziyyət istintaq orqanlarından yüksək operativlik və peşəkarlıq tələb edir. Ekspertin qənaətincə, əgər istintaq orqanları lazılmi operativlik nümayiş etdirməzsə, o zaman yaxın gələcəkdə analoji ölümlərin sayı artacaq: “A.Məmmədovun irəli sürdüyü iddia araşdırılmalıdır. Əgər bu iddia öz təsdiqini taparsa, buna hüquqi qiymət verilməlidir. G.Əhmədova ilə bağlı məlum video ilə bağlı aparılan istintaqda da bu fakt öz təsdiqini tapsa, bu özü də G.Əhmədovanın məsuliyyətə cəlb edilməsi üçün yetərlidir. A.Məmmədovun açıqlamasında isə söhbət insan ölümündən gedir. İstintaq orqanları bu iddianı hökmən araşdırmalıdır. Yəqin ki, A.Məmmədov da bunları havadan demir. Nəyəsə əsaslanıb söyləyir. S.Babayevanın cəsədi müayinə edilməli və onun nədən öldüyü açıqlanmalıdır. İndiki mərhələdə istintaq orqanlarının operativ fəaliyyəti şərtdir. Istintaq orqanları bu cür davranmasa, hələ biz çox ölümlərə şahid olacayıq”.
Qeyd edək ki, Ə. Kərimov S. Babayevanın ölümündən br gün əvvəl onun öldürülə biləcəyi ilə bağlı da açıqlama vermişdi.
Son xəbərlər
Son Xəbərlər