Elvin millinin heyətindən çıxarıldı

elvin-millinin-heyetinden-cixarildi
Oxunma sayı: 6210

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

“Qafqazinfo” xəbər verir ki, millimizin futbolçusu Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.