“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Kastamonu hava limanının açılışını etdiyi zaman yanına sünnət olunmuş Melih Erel (6 yaş) və Semih Erel (4 yaş) adlı iki qardaş gəlib. Ərdoğan uşaqlarla görüşəndən sonra onlara xərclik vermək üçün nəqliyyat naziri Binəli İldırımdan borc pul alıb.