Ərdoğan Polad Alemdarla görüşdü- - Video+Fotolar

erdogan-polad-alemdarla-gorusdu-
Oxunma sayı: 6140


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, AK Partiya Ümumi Mərkəzində, Türkiyə vaxtı ilə 17.00 da başlayan görüşdə, Ərdoğan Gezi parkı aksiyaları ilə əlaqədar heyət üzvlərindən məlumat alıb və düşüncələrini bildirib. Görüşə gələnlərin arasında “Kurtlar vadisi” serialının sevilən aktiyoru Necati Şaşmaz da olub.

Mətbuata qapalı reallaşan görüşdə, Ərdoğan ilə yanaşı daxili işlər naziri Muammer Gülər, ekologiya və şəhərsalma üzrə nazir Ərdoğan Bayraktar, mədəniyyət və turizm naziri Ömər Çelik, baş nazirin müşaviri Efkan Ala, AK Partiya Ümumi Başçı Köməkçisi Hüseyin Çelik də iştirak edib.

Toplantının sonunda Necati Şaşmaz jurnalistlərə açıqlama verib.