Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır

ermenistan-silahli-quvvelerini-qarabagdan-cixarir
Oxunma sayı: 9591

“Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini oradan çıxarır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, atəşkəs rejiminin yaradılması və Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra bölgədən Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin çıxarılması olduqca təbii haldır. 

A.Qriqoryan qeyd edib ki, sözügedən bu proses artıq başa çatmaq üzrədir və sentyabrda tam olaraq yekunlaşacaq.