Ermənistanda fəxri adlar ləğv edilir

ermenistanda-fexri-adlar-legv-edilir
Oxunma sayı: 3935

Ermənistanda fəxri adlar ləğv ediləcək.

“Qafqazinfo” “Novosti Armeniya” portalına istinadən xəbər verir ki, Ermənistan parlamentinin Dövlət və Hüquq məsələləri üzrə Komissiyası ölkədə mədəniyyət xadimlərinin fəxri adlarının ləğvi ilə bağlı qanunvericilik paketini təsdiqləyib.

Qanunvericilik paketini təqdim edən Ermənistan ədliyyə nazirinin müavini Armeniu Arutyunyanın sözlərinə görə, hazırda ölkədə 17 fəxri ad mövcuddur: “Məsələn, xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar jurnalist, incəsənət xadimi, iqtisadi sahənin əməkdaşı. Bütün bunlar ləğv ediləcək və yalnız “əməkdar kollektiv” fəxri adı qalacaq”. 

O bildirib ki, bu adların professional inkişafa heç bir aidiyyəti yoxdur. 

Bununla belə, artıq xalq və əməkdar artist fəxri adına layiq görülənlərin statusu saxlanılacaq.