Əşrəf Qani ilə ailəsinin yeri məlum oldu

esref-qani-ile-ailesinin-yeri-melum-oldu
Oxunma sayı: 12874

Ölkədən çıxan Əfqanıstan Prezidenti Əşrəf Qani və ailəsinin yeri məlum olub. 

“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, devrilmiş Prezident Birləşmiş Ərəb Əmirliklərindədir.

Bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Əşrəf Qani ailəsi ilə BƏƏ-yə qaçıb. 

Xatırladaq ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirəndən sonra Ə. Qani ölkəsini tərk etmişdi.